Sabah 15 dərəcə isti olacaq

sabah-15-derece-isti-olacaq
Oxunma sayı: 1130


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumatına görə, havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 14-də arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, havanın gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.