Sabah 15 dərəcə isti olacaq

sabah-15-derece-isti-olacaq
Oxunma sayı: 1175


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Qafqazinfo"ya daxil olan məlumatata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanıın temperaturunun gecə 0-5, gündüz 13-18° isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.