Sabah 16 dərəcə isti gözlənilir

sabah-16-derece-isti-gozlenilir
Oxunma sayı: 805


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək, bəzi rayonlarda güclü olacaq.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Martın 23-dək ölkə ərazisində güclü küləkli hava şəraiti üstünlük təşkil edəcək. Tez-tez cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.