Sabah 20 dərəcə isti gözlənilir

sabah-20-derece-isti-gozlenilir
Oxunma sayı: 1082


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, səhər isə yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.