Sabah 24 dərəcə isti olacaq

sabah-24-derece-isti-olacaq
Oxunma sayı: 708


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.