Sabah 27 dərəcə isti olacaq

sabah-27-derece-isti-olacaq
Oxunma sayı: 1529


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumaat görə,  səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.  

Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.