Sabah 28 dərəcə isti olacaq

sabah-28-derece-isti-olacaq
Oxunma sayı: 1643

15 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman  olacağı gözlənilir. Şimal-qərb küləyi  gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz  20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 11-16, gündüz  23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.