Sabah 28° isti olacaq

Sabah 28° isti olacaq
Oxunma sayı: 2260

Oktyabrın 03-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 29-34° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.