Sabah 30 dərəcə isti olacaq

sabah-30-derece-isti-olacaq
Oxunma sayı: 1036


Gündüz cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan  məlumata görə, havanın temperaturunun gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 25-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən cənub və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.