Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər