Sabah 34 dərəcə isti olacaq

sabah-34-derece-isti-olacaq-
Oxunma sayı: 1140


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 20-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.