Sabah 43 dərəcə isti olacaq

sabah-43-derece-isti-olacaq
Oxunma sayı: 666

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 09-da hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək, axşam şimal –qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 37-42, Bakıda gecə 26-28, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  29-30, Türkan, Hövsan, Sahil, Şıxda 30-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənək.

Havanın temperaturunun gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.