Vəkil Fariz Namazlının istintaqın zərərçəkmiş kimi tanıdıqları şəxslərin bu siyahıdan çıxarılmasını, yoxlama aktı və ekspertiza rəyinin sübutlar siyahısından çıxarılmasını, həmçinin Anar Məmmədli və Bəşir Süleymanlı barəsində Nəsimi rayon Polis İdarəsinə şikayət etmiş Həsən Həsənovla bağlı şikayətin də iş materiallarından çıxarılması, Həsənov barəsində yalan məlumat verməyə görə cinayət işi qaldırılmasını xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, vəkilin qaldırdığı vəsatəti dövlət ittihamçısı əsassız sayaraq təmin etməyib.
Müşavirədən sonra hakim hazırkı mərhələdə təqdim edilən vəsatətin təmin edilmədiyini bildirib. Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını elan edərək çıxış üçün prokurora söz versə də, prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses mayın 16-da sabah saat 14:00-da prokurorun çıxışı ilə davam etdiriləcək.
Xatırladaq ki, Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü, Elnur Məmmədovun isə eyni maddələr və əlavə olaraq da 179-cu maddənin 3 bəndi üzrə, ümumilikdə 8 maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” elan edib.
Son xəbərlər
Son Xəbərlər