Konfrans Liqasının ikinci təsnifat mərhələsində Latviyanın RFS klubu ilə qarşılaşacaq “Sabah” səfər matçının başqa ölkədə keçirilməsi üçün müraciət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko məlumat verib.
O bildirib ki, Azərbaycan təmsilçisinin baş məşqçisi və məşqçi heyətinin rusiyalı olması səbəbindən belə bir addım atılıb: “Hazırda məsələyə UEFA-da baxılır. Biz çalışırıq ki, oyun Latviyada olsun. Amma qitə futbol qurumu fərqli qərar verə bilər. “Sabah”ın baş məşqçisi və məşqçi heyətinin şengen vizası olmadığı üçün Azərbaycan klubu çətinliyi nəzərə alaraq UEFA-ya müraciət edib”.
Qeyd edək ki, buna baxmayaraq Azərbaycan təmsilçisi bu gün Latviyaya yollanıb. Lakin klubun baş məşqçisi Murad Musayevin və məşqçi heyətinin paytaxt Riqaya buraxılıb-buraxılmayacağıq naməlum durum olaraq qalır.
Xatırladaq ki, RFS – “Sabah” matçı sabah baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər