Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ildə valyuta satışını davam etdirir. Fond yanvarın 15-də Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə növbəti hərrac təşkil edəcək.
“Qafqazinfo”nun məlumatına görə, ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.
Dövlət Neft Fondu il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər