Bakıda ilk dəfə keçirilən Formula 1 Avropa Qran Prisi səbəbindən bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-i səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq.
"Qafqazinfo"ya daxil olan məlumata görə, yarışla əlaqədar Hökümət Evinin ətrafında müvəqqəti olaraq quraşdırılmış tikililərin sökülməsi ilə əlaqədar olaraq Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə isə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq.
Bağlı olacaq yollara aşağıdakılar daxildir:
Neftçilər prospektinin Rəşib Behbudov küçəsi ilə olan kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsinədək;
Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə olan kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsinədək;
Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsindən Azadlıq prospekti ilə olan kəsişməsinədək;
Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsinədək.
Son xəbərlər
Son Xəbərlər