Sabah Bakıda 12 dərəcə isti olacaq

sabah-bakida-12-derece-isti-olacaq
Oxunma sayı: 943

29 yanvarda  gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.  

Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6, gündüz  9-13, Bakıda  gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  8-13 dərəcə  isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz  3-8 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.