Sabah Bakıda dezinfeksiya işləri aparılacaq

sabah-bakida-dezinfeksiya-isleri-aparilacaq
Oxunma sayı: 801

Yanvarın 2-də səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

BŞİH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.