Sabah Bakının bu rayonları qazsız qalacaq

sabah-bakinin-bu-rayonlari-qazsiz-qalacaq
Oxunma sayı: 1599

Bakının Nəsimi, Yasamal və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

“Qafqazinfo” xəbər verir ki, abonentlərin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə, qaz kəmərlərinin üzərində qaztənzimləyici avadanlıqların quraşdırılması və tədbirlər planında nəzərdə tutulmuş dairəvi birləşmələrin yerinə yetirilməsi, həmçinin orta təzyiqli qaz xətti üzərində RDUK-200 tipli qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar sentyabrın 16-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında,

M.Cəlal, C.Məmmədquluzadə, H.Seyidzadə, A.Məhərrəmov küçələrinin, Tbilisi prospektinin və sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.