Sabah Bakının əsas küçələri dezinfeksiya ediləcək

sabah-bakinin-esas-kuceleri-dezinfeksiya-edilecek
Oxunma sayı: 1302

Sabah Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından "Qafqazinfo"ya daxil olan məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.