“Sabah” – “Beşiktaş” xeyriyyə oyununun başlama vaxtı açıqlandı

sabah-besiktas-xeyriyye-oyununun-baslama-vaxti-aciqlandi
Oxunma sayı: 2514

Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama vaxtı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, mayın 13-də oynanılacaq matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.