Sabah bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

sabah-bezi-yollarda-gorme-mesafesi-mehdudlasacaq
Oxunma sayı: 1492

Fevralın 23-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu haqda “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.