Sabah bu ərazilərdə qaz olmayacaq - Yenilənib

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 9778

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

***

Həmçinin bildirilib ki, Quba rayonunun Nügədi kəndində istismarda olan d-219 mm-lik qaz xəttində, Samux rayonunun Ziyadlı, Qovlarsarı və İstixana kəndlərindəki qaz xəttində, Saatlı rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE orta təzyiqli “Qarayevkənd” yeraltı qaz kəmərində “Təmiz-Qaz” QSC tərəfindən aşkar edilmiş sızmalarının ləğvi ilə əlaqədar 05.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Belə ki, təmir- bərpa işləri görülən Quba, Samux və Saatlı rayonlarının bir hissəsinin qaz təminatında da fasilə yaranacaq.