Sabah bu ərazidə qaz olmayacaq

sabah-bu-erazide-qaz-olmayacaq
Oxunma sayı: 3274

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar aprelin 8-i saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.