Sabah bu ilin ilk Günəş tutulması olacaq

sabah-bu-ilin-ilk-gunes-tutulmasi-olacaq
Oxunma sayı: 2600

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq. 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya bildirilib ki, tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.