Sabah bu qəsəbələrdə su olmayacaq

sabah-bu-qesebelerde-su-olmayacaq
Oxunma sayı: 8760

Bülbülə və Əmircan qəsəbələrinin su təchizatında məhdudiyyətlər olacaq.

“Qafqazinfo” məlumat verir ki, bu barədə "Azərsu" məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 7 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.