“Sabah çətin matça çıxacağıq” - “Qarabağ”ın futbolçusu

sabah-cetin-matca-cixacagiq
Oxunma sayı: 2228

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
 
“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sabah çox vacib oyuna çıxacaqlarını bildirib:
 
- Sabah çox çətin və çox vacib matça çıxacağıq. Konfrans Liqasının bu mərhələsində asan rəqib yoxdur. Oyun bizim üçün vacibdir. Sabaha qədər bir məşqimiz var. “Gent”ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq.
 
- Çempionatdakı heç-heçələrdən sonra futbolçularda psixoloji durum necədir?
- Əvvəlki matçların nəticələrin bu oyuna aidiyyəti yoxdur. Bu, Avropa oyunudur. Sabah bizə heç bir təsiri olmayacaq. Əlimizdən gələni edəcəyik ki, doğma azarkeş qarşısında qələbə qazanaq.