Sabah çimərlik havası olacaq

sabah-cimerlik-havasi-olacaq
Oxunma sayı: 918


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə isə iyunun 24-26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması fonunda isti temperatur diskomfortu xüsusilə gündüz saatlarında meteohəssas insanlar üçün əlverişsizdir.