Sabah çimərliklərdə hava necə olacaq?

sabah-cimerliklerde-hava-nece-olacaq
Oxunma sayı: 3063

İyunun 27-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.