Martın 30-u İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların davam etdirilməsi gözlənilmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-də olan mənbəyə istinadən “TASS” agentliyi yayıb.
“Danışıqlar sabah davam etdirilməyəcək”, - deyə mənbə bildirib.
“RİA Novosti” də öz növbəsində, İstanbuldakı danışıqların başa çatdığını və danışıqların videoformatda davam etdiriləcəyini bildirib.
Xatırladaq ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib.
Son xəbərlər
Son Xəbərlər