Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət isə 85-95 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Son xəbərlər
Son Xəbərlər