Sabah da yağış gözlənilir

sabah-da-yagis-gozlenilir
Oxunma sayı: 666


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 15-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun tempereturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 13-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.