Sabah da yağış gözlənilir

sabah-da-yagis-gozlenilir
Oxunma sayı: 885



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən “Qafqazinfo”ya daxil olan məlumata görə, mülayim şimal-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-21, gündüz 24-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Rayonlarda qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.