Sabah da yağış gözlənilir

sabah-da-yagis-gozlenilir
Oxunma sayı: 2404


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-20, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.