Sabah da yağış yağacaq

sabah-da-yagis-yagacaq
Oxunma sayı: 634

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-21, gündüz 26-29 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah gecə və səhər şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Sentyabrın 07-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, 08-09-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Nigar Məmmədli