Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
Oxunma sayı: 1670

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə  bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz  olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda  gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.  

Havanın temperaturu  gecə 
3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz 8-13 dərəcə isti olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi