Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-8, gündüz 15-20, günün birinci yarısında bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə isə yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Son xəbərlər
Son Xəbərlər