Sabah da yağış yağacaq

sabah-da-yagis-yagacaq
Oxunma sayı: 941


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan məlumata görə, gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.