Sabah Dubayda maşın sürən olmayacaq

sabah-dubayda-masin-suren-olmayacaq
Oxunma sayı: 3210

Dubayda avtomobilsiz gün elan edilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “maşınsız gün” yalnız bu bazar gününü əhatə edəcək. Belə ki, Dubay bələdiyyəsi ətraf mühitin çirklənməsi və zərərli maddələrin ərtafa yayılmasını azaltmaq məqsədilə sakinləri bir günlük də olsa, avtomobildən imtina etməyə çağırıb.

Bildirilir ki, aksiyaya qoşulan sürücülərin sayından asılı olaraq şəhər bələdiyyəsi xeyriyyə işi və ağacların əkilməsi üçün müəyyən məbləğdə ianə verəcək. Hələlik isə bu məbləğ açıqlanmır.

Aysel Kərimova