Sabah duman olacaq- - Hava proqnozu

sabah-duman-olacaq-
Oxunma sayı: 1410


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, axşam bəzi yerlərdə duman olacaq. 

Şimal-qərb küləyi 9-14 m/s, gecə  arabir 16-18 m/s-dək güclənəcək. Gündüz cənub-qərb küləyi 9-14 m/s, arabir 18-20 m/s olacaq. Havanın temperaturu  gecə 1-4° isti,  gündüz  7-12° isti olacaq. Bakıda  gecə 2-4° isti,  gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764  mm civə sutunundan 760 mm civə sütununa enəcək.

Nisbi  rütubət  gecə 80-90 %,  gündüz  65-70 % təşkil edəcək.

Rayonlarda gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.