Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya daxil olan məlumatına görə, bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında:
Bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər