Martın 6-sı Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutacaq.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın açıqlayıb.
O bildirib ki, sabah Ərdoğan Putinə Türkiyədə Ukrayna və Rusiya arasında görüşün keçirilməsi təklifini çatdıracaq: “Biz Türkiyə olaraq üzərimizə düşəni etməyə hazırıq. Atəşkəsin olmasına şans verin, humanitar dəhliz yaradaq”.
Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da həm rusiyalı, həm də ukraynalı həmkarı ilə sıx əlaqədədir.
Son xəbərlər
Son Xəbərlər