“Sabah” futbolçusu Ceyhun Nuriyevlə müqavilə müddətini uzadıb.
“Qafqazinfo” klubun rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.
Futbolçu “Sabah”ın əsas yığmasına 2020-ci ildə U-19 komandasından cəlb olunub. O, “Sabah”ın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyun keçirib, 2 qola imza atıb.
Son xəbərlər
Son Xəbərlər