Sabah görmə məsafəsi məhdudlaşacaq

sabah-gorme-mesafesi-mehdudlasacaq
Oxunma sayı: 1701

Sabah ölkənin bir sıra magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 22-də gecə və səhər dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq  magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.