Sabah Gürcüstanda matəmdir

sabah-gurcustanda-matemdir
Oxunma sayı: 4801

Avqustun 25-i Gürcüstanda Xevsuretidə dağ yolunda baş verən yol qəzasında ölən 17 nəfərin xatirəsi ehtiramla yad ediləcək.

“Qafqazinfo” xəbər verir ki, müvafiq əmr bu gün Baş Nazir Giorgi Qaxariya tərəfindən imzalanıb. Fərmana əsasən, matəm günü ilə əlaqədar ölkənin bütün inzibati binalarında dövlət bayrağı endiriləcək.

Qeyd edək ki, bazar günü axşam Duşeti bələdiyyəsinin Şatili yolunda baş verən avtomobil qəzasında 17 nəfər həlak olub. 80 metr yüksəklikdən uçuruma düşən mikroavtobusda üç sərnişin sağ qalıb. Onların vəziyyətinin son dərəcə ağır olduğu bildirilib.