Sabah hava belə olacaq

sabah-hava-bele-olacaq
Oxunma sayı: 681

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, iyulun 5-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 34-39, Bakıda gecə  22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir.  

İyulun 05-i günün ikinci yarısından iyulun 08-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.