Sabah hava isti olacaq

sabah-hava-isti-olacaq-
Oxunma sayı: 1001


Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz:

Martın 27-28-də Abşeron yarımadasında mülayim yaz havası, komfort temperatur şəraiti əhaliyə xoş təsir bağışlayacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti: 

Əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.