Sabah hava necə keçəcək?

sabah-hava-nece-kececek
Oxunma sayı: 1931

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, gündüz çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.