Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 1617


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacağı, gündüz cənub-şərq küləyi əsəcəyi, havanın temperaturunun  gecə  2-4° isti,  gündüz  7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 %   təşkil edəcək.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz  1-6° isti olacağı gözlənilir.

Martın 20-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.