Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 1386


ETSN-nin Proqnozlar Bürosundan “Qafqazinfo”ya daxil olan məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-13° isti, Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.

 Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3-8° isti, bəzi yerlərdə 12°-dək isti olacağı gözlənilir.